Cəmiyyət

Bakıda quruyan söyüd ağacı sakinlər üçün təhlükə saçır - VİDEO

3 Fevral 2024 16:31
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi ev altı ünvanında təhlükəli vəziyyət yaranıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, evin sahibi Ramiz Yuskayev bildirib ki, söyüd ağacı beş il əvvəl qurumağa başlayıb.

Ev sahibi ağacın bir müddət əvvəl bir budağının qopduğunu və ondan sonra vəziyyətin daha qorxulu hal aldığını bildirir.

Yaxınlıqda yaşayanlar da narahatlıqların dilə gətiriblər.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, əraziyə baxış keçirilib, müvafiq qiymətləndirmə aparılıb, sakinin şikayətinin aradan qaldırılması təmin olunacaq.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.