Cəmiyyət

Bu ilin ilk ayında uşaqlara ən çox qoyulan adlar - SİYAHI

1 Fevral 2024 16:31
Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib.

Milli.Az bildirir ki, Ədliyyə Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, ötən ay oğlanlar arasında 57 uşağa Hüseyn, 47 uşağa Yusif, 44 uşağa Uğur, 39 uşağa Əli, 35 uşağa Raul, 31 uşağa Murad, 28 uşağa Ömər, 28 uşağa Məhəmməd, 25 uşağa Adəm, 23 uşağa Tuncay adı qoyulub.

Qızlara gəlincə isə, 2024-cü ilin yanvar ayında 46 uşağa Məryəm, 45 uşağa Nilay, 41 uşağa Zeynəb, 39 uşağa Ayla, 37 uşağa Zəhra, 36 uşağa Fatimə, 35 uşağa İnci, 34 uşağa Melisa, 32 uşağa Aylin, 31 uşağa Mələk adı verilib.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.