Cəmiyyət

Yasamalda uşaqlar bağçadan NİYƏ XARİC EDİLİR? - VİDEO

27 Yanvar 2024 14:56
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıdakı bağçalardan birindən xeyli uşaq xaric edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Yasamal rayonundakı 345 saylı uşaq bağçasında təlim-tərbiyə alan azyaşlıların valideynlərinə bu cür xəbərdarlıq edilib. Onlara bildirilib ki, övladları elektron qaydada qeydiyyatdan keçirilmədiyi üçün heç bir sənəddə adları yoxdur.

Bu səbəbdən də uşaqlar bağçadan uzaqlaşdırılacaq.

Valideynlər bildirir ki, 2-3 ildir övladları həmin bağçaya gedir. Əvvəllər qeydiyyat onlayn qaydada olmadığı üçün də kağız formasında bütün lazımi sənədləri təqdim ediblər. Tədris ilinin ortasında bu cür qərarın verilməsi isə valideynləri çıxılmaz vəziyyətdə qoyub.

Məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aydınlıq gətirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.