Cəmiyyət

Bir ailənin 4 üzvü zəhərləndi

3 Yanvar 2024 18:23
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayram günlərində Naxçıvanda 8 zəhərlənmə halı qeydə alınıb.

Bu barədə Milli.Az-a Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zəhərlənənlərin 4-ü eyni ailənin üzvləridirlər: "Zəhərlənənlərin 4-ü Qasımovlar ailəsinin üzvləri salatdan zəhərləniblər. Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən zəhərlənmələrdir. Xəstələrdən 2 nəfərə stasionar, 6 nəfərə isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib. Hazırda hamısının vəziyyəti normaldır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.