Cəmiyyət

İslamda göz dəyməsi, nəzər deyə bir şey varmı?

4 Yanvar 2024 03:01
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gözdəymə, bədnəzər anlayışları insanlar arasında geniş yayılmış, inanılan bir məsələdir. Bir çox məsələlərdə olduğu kimi, bununla da bağlı bəzi mövhumat və xurafatlar mövcuddur. Qısaca olaraq bunu deyə bilərik ki, dinimiz gözə gəlmənin, bədnəzərin mümkünlüyünü qəbul edir. Bəzi insanların mənfi aurası başqasına ziyan gətirəcək qədər güclü ola bilər. Lakin bədnəzərlə bağlı yayılmış inancların bir qismi xurafatdır və onlara ciddi əhəmiyyət vermək lazım deyil. Bəzi insanlar başlarına gələn bütün xoşagəlməz hadisələrin səbəbini axtarmadan onları gözdəymə ilə bağlamağa çalışrlar. Bədnəzərdən uzaq olmaq üçün ən yaxşı vasitə daima Allaha təvəkkül etmək, Ona sığınmaq, Onun himayəsi altında olduğu zaman özünü bütün təhlükələrdən amanda bilməkdir. Eləcə də, göz dəyməsinin qarşısını almaq üçün bəzi ayə və duaları oxumaq məsləhət görülür. Bunlar müvafiq dua kitablarında qeyd edilib. Ən yaxşı vasitələr Qurani-Kərimin "Qələm" surəsinin son iki ayəsini ("və in yəkad..."), "Fələq" və "Nas" surələrini, ayətəl-kürsini oxumaq, Peyğəmbərə və nəslinə tez-tez salavat söyləməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.