Cəmiyyət

Şəriət baxımından qadın yalnız qara rəngli çadra örtməlidirmi?

4 Yanvar 2024 09:01
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinimiz baxımından qadının hicaba riayət etməsi vacibdir. Burada hicab deyərkən, qadının bədənini bəzi şərtlə daxilində örtən geyim nəzərdə tutulur. Qadının geyimi bir neşə əsas tələbə cavab verməlidir. Birincisi, geyim qadınının bədənini şəriətdə nəzərdə tutulmuş həddə tam örtməlidir. Yəni qadının biləkdən aşağı əlləri və sifəti istisna olmaqla bütün bədəni örtülü olmalıdır. İkincisi, geyim qadının bədəninin konturlarını göstərəcək qədər dar olmamalı, eləcə də, bədənə yapışacaq qədər nazik olmamalıdır. Üçüncüsü, geyim hamının diqqətini çəkəcək qədər al-əlvan və çağırıcı olmamalıdır. Bu şərtlər daxilində hər hansı geyim geyinilsə, kifayət edər və qadın hicablı sayılar. Əlbəttə, bu şərtlərə ən kamil şəkildə cavab verən geyim çadradır. Sosial vəziyyətindən, yaşından və digər şərtlərdən asılı olaraq bəzən qadının çadraya riayət etməsi daha çox yerinə düşür. Lakin çadra geyinmək mütləq mənada vacib deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.