Cəmiyyət

Azərbaycanda Türkiyə və Rusiya telekanallarına baxış sayı yerlilərdən xeyli aşağıdır - İsmət Səttarov

29 Dekabr 2023 17:59
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Türkiyə və Rusiya telekanallarına baxış sayı yerli kanallara baxış sayından xeyli aşağıdır.

Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarov söyləyib.

"Son araşdırmalar göstərir ki, Azərbaycan əhalisinin 2 faizi ümumiyyətlə televiziyanı izləmir. 3 faizi isə Azərbaycan kanallarına heç tamaşa etmir. Beləliklə, əhalinin 95 faizi müxtəlif aktivlik dərəcəsi ilə televiziya kanallarımızı izləyir, eyni zamanda, onların böyük əksəriyyətinin texniki baxımdan xarici kanalları izləmək imkanı var. Bu isə ona gətirib çıxarıb ki, həm cəmiyyətdə, həm mediada "Azərbaycan kanallarına baxan yoxdur, hamı xarici kanallara üz tutur" fikri yaranıb. Lakin 2022-ci ildən başlayaraq ölkəmizdə aparılan çox dəqiq və beynəlxalq standartlara uyğun televiziya auditoriyasının izlənilməsi üzrə araşdırmalar bu fikrin tam yanlış olmasını göstərdi. Gündəlik reytinqlərdən məlum olub ki, xarici (Türkiyə, Rusiya) televiziya kanallarına baxış sayı yerli kanallara baxış sayından xeyli aşağıdır", - deyə Şura sədri bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.