Cəmiyyət

Quranın dirilər və ölülər üçün oxunmasının fərqi varmı?

23 Dekabr 2023 06:01
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərim ilk növbədə diri insanlar üçün nazil olmuşdur. Məhz buna görə Quranı oxumaq Quranın öz ayələrində və hədislərdə təkrar edilib. Məhz buna görə Quran ayələrinin özündə insanlara tövsiyə edilir ki, bu ayələrdən ibrət götürsünlər. Quran bəşəriyyəti hidayət edən, doğru yola yönəldən müqəddəs kitabdır. Bu kitabın əxlaqi ayələri insanları paklaşdırır, əqidəvi ayələri insanların imanını artırır, şəriətlə bağlı ayələri insanlara halal-haramı başa salır, tarixlə bağlı ayələri insanlara ibrət verir. Lakin Quranı yalnız dirilərin oxuması ilə məhdudlaşdırmaq da düzgün deyil. Qurani-Kərimi oxuyub savabını ölülərin ruhuna hədiyyə eymək də olar. Təbii ki, bu zaman ölü şəxs oxunan ayələrdən ibrət götürə bilməz, çünki onun əməl dəftəri bağlanmışdır. İnsan yalnız həyatda ikən Quran ayələrinin hökmünə əməl edib savab qazana bilər. Öldükdən sonra isə başqaları Quranı oxuyub savabını onun ruhuna bağışlayırlar. Ölmüş şəxs özü Quran oxumaqdan məhrum olduğu üçün onun bu savaba ehtiyacı vardır; necə ki digər savabları da (xeyriyyəçilik etmək, sədəqə vermək və s.) ona hədiyyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.