Cəmiyyət

"Yeni İl dünyəvi bayramdır, xristian dininə aidiyyatı yoxdur"

17 Dekabr 2023 13:45
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 həftə sonra dünya Yeni İli qarşılayacaq. Hər il bu ərəfədə "Yeni İl xristian bayramıdırmı?" mövzusu yenidən gündəmə gəlir və hər dəfə də müəyyən dairələr tərəfindən müzakirələrə, mübahisələrə səbəb olur.

"Xristian dini təqvimində "Yeni İl" adlı bayram yoxdur".

Bu sözləri Azərbaycandakı Katolik kilsəsinin apostol prefekturasının mətbuat katibi Tural Ağayev deyib.

T.Ağayev dekabr ayının 24-dən yanvar ayının ortalarına qədər xristianların keçirdiyi bayramlar haqda qeyd edib:

"24 dekabr (gecə) - Milad bayramın ərəfəsi - bayram axşamı;

25 dekabr - Milad Bayramı - İsa Məsihin dünyaya gəlişi;

26 dekabr - müqəddəs ilk şəhid Stefanın bayramı ;

27 dekabr - müqəddəs həvari Yəhyanın bayramı;

28 dekabr - Beytlehem Körpələri (şəhidləri) bayramı;

Milad bayramından sonra gələn ilk bazar günü - İsa, Məryəm və Yusif - Müqəddəs Ailə bayramı;

31 dekabr (gecə) - Məryəm Ana Bayramının ərəfəsi;

1 yanvar - Məryəm Ana bayramı

6 yanvar - Allahın Zühuru bayramı (Epifaniya bayramı);

Epifaniya bayramından sonr gələn ilk bazar günü - Rəbbin Vəftizi bayramı.

Bununla dekabr ayının 24-dü, gecədən başlanan Milad Dövrü bitir.

Pravoslavlar Milad bayramını yanvar ayının 6-dan 7-ə keçən gecə qeyd edilir, bayram günü yanvarın 7-dir. Yanvarın 19-da isə Rəbbin Vəftizi bayramı qeyd edilir.

31 dekabrdan 1 yanvara keçən gecə qeyd edilən Yeni İl bayramı - dünyavi təqvimə görə qeyd edilən bayramdır və dini mahiyyəti yoxdur. Sadəcə kilsələrdə həmin gün Allaha yeni təqvim ili üçün xeyir-dua və lütf duaları edilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.