Cəmiyyət

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Bu binalar... - VİDEO

26 Noyabr 2023 17:42
Baxış: 1 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar sökülür.

Bu işlər şəhərin 3 müxtəlif ərazisində həyata keçirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yataqxanalarla bağlı aidiyyəti qurumlar tərəfindən yoxlamalar aparılıb və binaların istismar müddətini tam başa vurduğu bildirilib. Ona görə də təhlükəsizlik tədbirləri görülməklə yataqxanaların sökülməsi işlərinə başlanılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Rövşən Fərəcov "Xəzər Xəbər"ə bildirib ki, söküntü işlərinə noyabr ayından qərar verilib. Söküntü olan yataqxanalarda olan ailələrə kompensasiya verilərək köçürülüb.

O da bildirilib ki, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, müxtəlif növ ağaclar əkiləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.