Cəmiyyət

Cəhənnəm odunda birinci kimlər yanacaq?

24 Noyabr 2023 03:00
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olac­aqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?"
O: "Sənin yolunda vuruşub şəhid olmuşam"- deyə cavab verə­cək.
Allah isə ona belə deyəcək: "Yalan danışırsan! Sənə "qəhrəmandır"- desinlər deyə vuruşmu­san. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüs­tə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hü­zu­runa gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?"
O: "Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmi­şəm və çoxlu Quran oxumuşam"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan deyirsən! Sənə "alimdir"- desinlər, həm­çi­nin "Quran oxuyandır"- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra dünyada zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi ne­mət­lər haqqında xəbər verdikdən sonra deyəcək: "Bu nemətlər mü­qa­bilində nə etmisən?"
O: "Var-dövlətimi Sənin yolunda xərc­ləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm"- deyə cavab verəcək.
Allah isə ona belə deyəcək: "Yalan danışırsan! Sənə "nə səxavətli insandır"- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan". Sonra əmr olunacaq və onu üzüstə sürüklə­yib Cəhənnəmə atacaqlar". (Muslim, 527).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.