Azərbaycanda 16 yaşına çatmayan qız ərə verildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda yeniyetmə qızın ərə verildiyi iddia edilib.
Milli.Az news24.az-a istinadla xəbər verir ki, iddialara görə, qız toyu Ağdamın Qaradağlı kəndində baş tutub.
Qızın 16 yaşı tamam olmayıb və o, öz doğma dayısı oğlu ilə evləndirilib.
Eləcə də iddia edilir ki, yetkinlik yaşına çatmayan qızın təhsil aldığı məktəbin direktoru onun evləndirilməsi ilə bağlı məsələyə etiraz edib. Məktəb direktoru narazılıq etdiyi üçün qızın valideynləri onu məktəbdən də çıxarıb. Yaxın günlərdə oğlan toyunun keçirilməsi planlaşdırılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı iddialara cavab olaraq oxu.az-a açıqlamasında bildirib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Qaradağlı kəndində yaşayan həmin ailənin evinə gediblər:
"Araşdırma zamanı şəxslərin kimliyi müəyyənləşdirilib. 2008-ci il təvəllüdlü A.T. (şərti) ilə 2001-ci il təvəllüdlü S.Q.-nin (şərti) toyunun olması iddiaları təsdiqini tapmayıb:
"Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbətlər aparılıb. Onlara qanunvericiliyin tələbləri izah olunub. Qanunla nəzərdə tutulmuş evlilik yaşına çatmayan şəxslərin evləndirilməsinin hüquqi məsuliyyət yaratdığı ailələrin diqqətinə çatdırılıb.
Yetkinlik yaşına çatmayan qızın ən qısa zamanda tədris müəssisəsinə geri qaytarılması və təhsilinə qaldığı yerdən davam etməsi istiqamətində zəruri tədbirlər görülür".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu oxu.az-a bildirib ki, daxil olan məlumat əsasında aidiyyəti qurumlarla birlikdə araşdırma başlanılıb:
"Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır





