Cəmiyyət

Dönərdən zəhərlənən şagirdlərdən xəbər var

27 Oktyabr 2023 13:09
Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb. 27.10.2023-cü il tarixində müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.