Cəmiyyət

Bakı 8 kənd və 100 milyard tələb edəcək – Rüstəmyan

19 Oktyabr 2023 06:20
Baxış: 2 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlin sonuna qədər sülh saziş imzalana bilər, lakin bu, sülh xarakterli olmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına müsahibəsində Ermənistan parlamentinin "Ermənistan" fraksiyasından olan deputatı Armen Rüstəmyan deyib.

O iddia edib ki, Azərbaycan Ermənistandan yeni güzəştlər, xüsusən də Bakının şərtləri ilə sərhədin delimitasiyası və demarkasiyası, Azərbaycan SSR-in Ermənistan ərazisindəki anklavlarının verilməsini tələb edəcək:

"Anklavların verilməsi Ermənistan tərəfinin strateji əhəmiyyətli yollara nəzarət etməsini məhdudlaşdıracaq; İrəvanın bu marşrut üzərində nəzarət səviyyəsinin aşağı salınması ilə Naxçıvan muxtariyyəti ilə quru əlaqəsinin təmin edilməsi, Qarabağ münaqişəsi başlamazdan əvvəl respublikada yaşayan azərbaycanlıların Ermənistana qaytarılması da tələb ediləcək.

Bundan əlavə, Bakı İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından Ermənistanı işğalçı kimi qələmə vermək və təzminat məsələsini gündəmə gətirmək üçün əsas kimi istifadə edə bilər. Söhbət 100 milyard dollarlıq təzminatdan gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.