Cəmiyyət

BOKT-dan kredit alarkən diqqətli olun - İqtisadçı

14 Oktyabr 2023 08:49
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank olmayan kredit təşkilatları (BOKT) vətəndaşlara daha rahat şəkildə vəsait verərək üstünlük qazanmağa çalışırlar. Amma bəzən bu təşkilatlarda faizlər banklardakından daha yüksək olur. Ona görə də bu məsələlərdə vətəndaşlar daha diqqətli olmalıdır.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Cəfərli bildirib ki, bəzi vətəndaşların banka gecikmiş ödənişi və bir neçə banka borcunun olması onlara başqa bankdan pul götürməyə imkan vermir:

"Belə vəziyyətdə vətəndaş məcbur olub daha asan kredit almaq üçün bank olmayan kredit təşkilatlarına üz tutur. Şərtlərin banklardan daha yumşaq olması isə bu təşkilatları daha cəlbedici edir. Lakin burada çox yüksək faizlərin olması sonradan müəyyən problemlər yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.