Cəmiyyət

Solovyov “Xankəndi” yazan redaktoru cəzalandıracaq - VİDEO

5 Oktyabr 2023 08:08
Baxış: 2 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əleyhinə təxribatçı çıxışları ilə tanınan Vladimir Solovyov "Stepanakert" əvəzinə Xankəndi yazmağa cəsarət edən Teleqram kanalının redaktorunu cəzalandıracağını vəd edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, o, bunu erməni bloger Mika Badalyanla söhbəti zamanı deyib.

Belə ki, Solovyovun verilişində həmkarlar arasında dialoq zamanı erməni bloger çəkingən şəkildə sözügedən faktla bağlı ona narazılığını ifadə edib. Solovyov isə redaktorları kimi ağıllı davranmağı seçməyib və erməni toponimlərindən istifadə etdiyini fəxrlə bildirib.

Qeyd edək ki, bir çox Teleqram kanallarında Solovyovun kanalında "Xankəndi" adının işlənməsini təəccüblə qarşılanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.