Cəmiyyət

Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram

15 Sentyabr 2023 21:32
Baxış: 2 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da 21 gün sonra Turan əlində güllə gəlib məni bu evə gətirəcəkdi".

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki, bunu Sentyabr döyüşlərində şəhid olan Turan Məhrrəmovun nişanlısı Sayıb Məhərrəmova deyib.

Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: "Mənə sevdiyini deyəndə 5-ci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim üzülmə, mən sənin yolunu gözləyəcəyəm".

Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb: "Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.