Cəmiyyət

Şəhid Raquf Orucovun oğlu 3 universitetə qəbul aldı

28 Avqust 2023 21:27
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu 3 universitetdən qəbul alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında paylaşım edib.

Sevinc Orucova qeyd edib ki, Nihad bu il Bakı Oksford Məktəbini yüksək qiymətlərlə bitirdi:

"Böyük arzumuz Nihadın İstanbul Texniki Universitetində ya da ADA universitetində təhsil alması idi. Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisasları üzrə qazandı. Əminəm ki, Raqufun da ruhu şaddır".

Qeyd edək ki, Raquf Oruvov Aprel döyüşlərində şəhid olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.