Cəmiyyət

Bu maddənin azalması sizi qocaldır - Qaraciyər yeyin

24 Avqust 2023 05:04
Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orqanizmdə Q10 maddəsinin azalması sümükdən tutmuş dəriyə kimi bütün sistemləri sürətlə qocaldır.

Endokrinoloq Fərhad Burzu bildirib ki, CoQ10 hüceyrə mitoxondrisində rast gəlinir və hüceyrənin enerji balansının təmin olunmasında rol oynayır.
Q10 antioksidant və antiinflamatuar təsirlərə malikdir, orqanizmdə ən çox ürək, böyrək və qaraciyər kimi yüksək metobolizm sürətinə malik orqanlarda rast gəlinir.

Eendokrinoloq CoQ10-nun 4 formasını - ubixinon, ubixinol, hidroksikoenzim Q10, super ubixinolun olduğunu deyib.

Həkim CoQ10 orqanizmdə azalma səbəbləri də sadalayıb:

- Yaş;
- Ürək-damar xəstəlikləri;
- Revmatoloji xəstəliklər;
- Şəkərli diabet;
- Alzheimer;
- Parkinson;
- Statin istifadəsi;
- Alkoqol və siqaret

Q10 çatışmazlığının əlamətləri:

- Xroniki yorğunluq;
- Oynaq və əzələ ağrıları;
- Miqren ağrıları;
- Yaddaşsızlıq;
- Depressiya.

CoQ10 qida yolu ilə qırmızı ət, qaraciyər, balıq, yumurta, lobya, mərcimək, gül kələm, ispanaq, portağal və çiyələkdən əldə edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.