Cəmiyyət

Azərbaycanda daha bir qadın boşanmanın qurbanı oldu... - VİDEO

18 Avqust 2023 12:57
Baxış: 1 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın bıçaqla qətlə yetirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Salyan şəhərində yerləşən dönərxanaların birinin qarşısında baş verib. 25 yaşlı Günel İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qonşular iddia edir ki, qadın ərindən boşanmaq istəyirmiş... Məsələ də bu səbəbdən böyüyüb.

Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, ailənin iki övladı var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.