Cəmiyyət

Cəlilabadda yığılan üzümün xərci borcunu ÖDƏMİR - VİDEO

14 Avqust 2023 13:38
Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda bir neçə həftədir ki, üzüm yığımı aparılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, məhsulu yetişdirən fermerlər bildirir ki, bu il rayonda havalar əlverişsiz keçsə də, məhsuldarlıq kifayət qədər yüksək olub. Amma buna baxmayaraq, məhsulun qiymətinin ucuz olması onları qane etmir.

Fermerler deyir ki, yetişmiş məhsulu  uzun müddət bağlarda saxlamağ mümkün  deyil. Ona görə də, məhsulu aşağı qiymətə də olsa satmağa məcbur olurlar. 

Qeyd edək ki, bu il rayonda 1453 hektar ərazidə üzüm əkini həyata keçirilib və bu günə qədər 1300 ton süfrə üzümünün yığımı aparılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.