Cəmiyyət

Ət alanlara xəbərdarlıq - Görün nə qatırlar... - VİDEO

3 Avqust 2023 12:46
Baxış: 6 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda əksər supermarketlərdə çəkilmiş ət sümükdən ayrılmış ətdən 20-25 faiz ucuz satılır. Farşın qiymətinin ətin özündən ucuz olması böyük suallar yaradır.

Maraqlıdır ki, ətin 1 kiloqramı 14-18 manata satılır. Lakin çəkilmiş dana ətinin qiyməti 10 manata təklif edilir.

Milli.Az bildirir ki, ət sümükdən ayrıldıqda və çəkildikdə sahibkar bunu daha baha qiymətə satmalı olsa da tam əksi baş verir. Ət satışı ilə məşğul olan şəxslər arb-yə bildirib ki, ucuz satılan farşa piy qatıldığı üçün ucuz satılır. Həmçinin yaşlı heyvanın əti də ucuz bazara çıxarılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, ucuz satılan farşa kartof, nişasta vurulur. Bəzən farş çəkənlər əti fdigər köhnə ətlə də qarışdırırlar.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.