Cəmiyyət

Biləcərinin su problemi həll olmaq bilmir - VİDEO

1 Avqust 2023 17:18
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləcəri sakinləri içməli su problemi ilə üz-üzədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qəsəbə sakinləri iddia edir ki, son  2 ayda onlara gündə 2 dəfə qrafiklə verilməsi nəzərdə tutulan içməli su, yalniz 1  dəfə axşam saat 8-də verilir.

Övladı birinci qrup əlil olan bu valideyn isə deyir ki, onun həyətində nə su mühərriki var, nə də çəni.

"Məsələ ilə bağlı "Azərsu" ASC-nin mtbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq."

Bildirildi ki, həmin ərazi əvvəllər 24  saat fasilsiz su il təmin olunub. Artıq bir müddətdir ki, həmin ərazidə su ehtiyatlarının azalması nəticəsində Biləcəri qəsəbəsinə səhər və axşam saatlarında su verilir. Sakinlərin problemi Binəqdi rayon su kanal idarəsi tərəfindən nəzartdə saxlanılacaq və əvvəlki qaydada qrafikə riayət olunacaq ki, əhalinin içməli su ilə təminatinda problem yaşanmasın.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.