Cəmiyyət

Övladı məktəbəhazırlığa gedəcək bu ailələrə güzəşt olunacaq - VİDEO

28 İyul 2023 12:58
Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 9-u saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Elm və Təhsil nazirliyinin rəsmisi Gülüstan Cəfərova deyir ki, qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Bu il məktəbəhazırlıq qruplarına 96 minə yaxın şagirdin qəbul olunacağı gözlənilir. Qeydiyyat zamanı valideynlərin diqqət etməli olduğu məqamlar var.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.