Cəmiyyət

Bilgəhin İstirahət Parkını sakinlərin üzünə bağlayıblar... - VİDEO

24 İyul 2023 17:24
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bilgəh qəsəbəsində  bir ildir yenidən qurulan park sakinlərin istifadəsinə verilmir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qəsəbə sakinləri iddia edir ki, onlar dincəlmək üçün az yaşlı övladları ilə birgə Buzovnaya, Maşağaya gedirlər.

Sakinlər deyir ki, ilk dəfədir Bilgəh qəsəbəsində həm ərazinin genişliyinə, həm yaşıllığına , həm də səliqə sahmanına görə belə park salınıb.

"Xəzər Xəbər" öyrənib ki, Bilgəh qəsəbəsindəki istirahət parkı "Bakı Abadlıq" MMC tərəfindən əsaslı şəkildə qurulub.

Sorğuya cavab olaraq  "Bakı Abadlıq" MMC-nin direktor müavini Firdovsi Hüseynov bildirdi  ki, parkın içərisində sanitar qovşaq  və  bir neçə  tamamlanmaya ehtiyacı olan kiçik həcmli işlər qalıb. Onlarlar da yaxın günləBilgəhin İstirahət Parkını sakinlərin üzünə bağlayıblar...rdə bitəcək. Tezliklə Bilgəh istirahət parkı sakinlərin istifadəsinə veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.