Cəmiyyət

“Atamın yüksək təzyiq və şəkəri var” - Qubad İbadoğlunun qızı

24 İyul 2023 10:58
Baxış: 4 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun səhhətində problemlər var.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Q.İbadoğlunun qızı Jalə Bayramova sosial şəbəkə səhifəsində yazıb. O, atasının daimi istifadə etdiyi dərmanları ona çatdıra bilmədiklərini deyib:

"Atama dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur. Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o, sadəcə məhv ola bilər".

Qeyd edək ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə açılmış iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.