Cəmiyyət

Bakıdan bu şəhərlərə aviareyslər açılır

20 İyul 2023 12:06
Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan Milli.Az-a verilən məlumata görə, 15 sentyabrdan Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri, Bakıdan Dammama isə reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Səudiyyə Ərəbistanının əzəmətli paytaxtı Ər-Riyad və şərq sahilinin ləl-cəvahiratı Dammam öz gözəlliyi ilə heyran edir. Bu tarixi və müasir şəhərlər səyahətinizi xüsusi və unudulmaz etmək üçün unikal imkanlar təklif edir.

Qeyd edək ki, AZAL Səudiyyə Ərəbistanının digər iki şəhəri - Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.