Cəmiyyət

Xaricdə yaşayan soydaşlarımıza Azərbaycan dili tədris olunacaq - VİDEO

11 İyul 2023 15:16
Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici ölkələrdə yaşayan soydaşlarımız üçün Azərbaycan dilini öyrənmək asanlaşacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu məqsədlə  "Ana dili - Azərbaycan məktəbi" adlı layihə həyata keçiriləcək.

Layihədə iştirak etmək istəyənlər üçün qeydiyyat prosesi başlayıb (anadili.agma.az).

Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə bildirib ki, proses iyulun 12-dək davam edəcək. Uşaqlarla rahat ünsiyyət üçün dərslər ingilis dilini bilən peşəkar Azərbaycan dili müəllimləri tərəfindən tədris olunacaq.

Rüfət Əsədzadə qeyd edib ki, proqram yalnız məktəbli yaşında olan uşaqlar üçün nəzərdə tutulub. Onun sözlərinə görə, layihədə iştirak edən şəxslər üçün yaşadıqları məkana uyğun olaraq vaxt təyin ediləcək. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş cədvəl üzrə həftədə 2-3 dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil olunacaq.

Assosiasiya sədri bildirib ki, dərslər ödənişsiz tədris olunacaq.

Layihədə iştirak üçün artıq 100-ə yaxın şəxs qeydiyyatdan keçib. Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.