Cəmiyyət

Bu parkda insanların əvəzinə heyvanlar dincəlir... - VİDEO

9 İyul 2023 07:07
Baxış: 1 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir necə il öncə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbüsi ilə yaradılan meydandan indi əsər-əlamət qalmayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əkilən ağaclar quruyub, yerə vurlan daşlar qırılıb, yalnız ətrafa səpilmiş zibilə rast gəlmək olar.

Məkan bu gün yerli sakinlərin narazılığına səbəb olub. Çünki ərazidə sakinlərin istirahət etməsi üçün heç bir şərait yoxdur.

"Burada otracaqlar belə qurlaşdırılmayıb."

Məsələyə aydınlıq gətirməsi üçün İsmayıllı rayon Komunal Müəssələrin Kombinatından "Xəzər Xəbər"ə məlumat verildi ki, yeni salınan Saat meydanın ətrafı  mütamadi olaraq işçilər tərəfindən hər gün təmizlənir.

Buna baxmayaraq ərazidə fəaliyyət göstərən meydan ətrafı ticarət obyektlərinin sahibləri tərəfindən zibillənir.

İsmayıllı rayon Bələdiyyəsindən isə bildirildi ki, meydan 2016-ci ildən rayon sakinlərin istifadəsinə verilib. Ərazidə oturacaqların quraşdırlması nəzərdə tutulmayıb. Dekorativ ağaclar isə nəzərdə tutulan yerlərdə əkilib.Vətəndaşların çoxsaylı müraciəti nəzərə alınaraq büdcədə pul olan kimi əraziyə yeni müasir oturacaqlar qurlaşdırlacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.