Cəmiyyət

Blokadada “inləyən” Xankəndidə dəbdəbəli toy - FOTO

23 İyun 2023 07:27
Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərində məskunlaşan erməni separatçıları hər gün blokadada olmalarından, ərzaq qırlığından, elektrikin kəsilməsindən bəhs edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, ötən gün Xankəndi şəhərində baş tutan toy mərasimi isə başqa təəssürat yaradır.

Sosial şəbəkələrdə yayılan toy fotolarından görünür ki, "blokadada" olduğu iddia edilən erməni əhali kifayət qədər normal yaşayır, hətta israfçılıqla müşayiət olunan toy mərasimləri də keçirə bilirlər.

Qeyd edək ki, 15 iyunda sərhədçilərimizlə bərabər, rus sülhməramlılar da "Laçın" sərhəd-keçid məntəqəsində atəşə tutulduqdan və bir hərbçimiz yaralandıqdan sonra post təxribatın günahkarlarının tapılmasına qədər bağlanıb. Azərbaycan tərəfi rus sülhməramlılara istədikləri qədər ərzaq və digər təminatları Ağdamdan ala biləcəkləri barədə məlumat verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.