Cəmiyyət

Banklara depozit yerləşdirmək, yoxsa daşınmaz əmlaka yatırım etmək sərfəlidir? - VİDEO

21 İyun 2023 14:58
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnvestisiya dedikdə, hər kəsin ağlına birmənalı olaraq daşınmaz əmlak gəlir. Əksər insanlar banklara yatırım depozit yerləşdirməyə üstünlük vermirlər.

Bəs bu, nədən irəli gəlir? Nəyə görə banklara əmanət qoymaq sərfəli deyil?

Suallarımızı əvvəlcə paytaxt sakinlərinə ünvanladıq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Elşad Məmmədov bildirir ki, bu məsələyə individual yanaşmaq lazımdır. Belə ki, uzunmüddətli kapital qoyuluşu baxımından daşınmaz əmlak daha uyğun seçimdir.

Qısamüddətli və kiçik məbləğli vəsaitlərin isə banklara əmanət edilməsi düzgün hesab olunur.

Ekspert deyir ki, bankların depozit faizləri aşağı olduğundan əhali əmanət qoyulması məsələsində soyuq və ehtiyatlı yanaşır.

İqtisadçı onu da əlavə edib ki, yaxın aylarda da bank depoziti faizlərinin qalxması gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.