Cəmiyyət

Şagirdlərin məktəbi təmizləyəcəkləri ilə bağlı iddia doğrudur? - VİDEO

16 İyun 2023 18:46
Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə nizam-intizam qaydalarını pozan şagirdlərin cəza növü kimi məktəbi təmizləyəcəyi ilə bağlı paylaşımlar yer alıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məsələ həm də ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəs bu cür cəzanın tətbiqi nə qədər doğrudur və həqiqətən də yeni tədris ilində təhsil müəssisələrində bu cür cəza nəzərdə tutulubmu?

Ekspertlər bildirir ki, təmizlik və bu kimi işlərin məcburi qaydada yerinə yetirilməsi təhsil haqqında qanuna ziddir. Yəni birbaşa tədris prosesi ilə bağlı olmayan məsələlərə şagirdlərin cəlb olunması yolverilməzdir.

Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın katibi Rüfət Əsədzadə isə deyir ki, şagirdlərin davranış qaydaları ilə bağlı sənəddə cəza yox, daha çox məhdudiyyətlər qeyd olunub. Həmçinin pedaqoji yanaşma da məktəblilərin bu qaydaları pozduğuna görə cəzalandırılmasını qəbul etmir.

Rüfət Əsədzadənin fikrincə təhsil müəssisələrində qaydalar yox, dəyərlər formalaşdırılmalıdır.

O, tənbeh xarakterli məhdudiyyətlərin qoyulmasını daha məqsədəuyğun hesab edir.

İctimai Şuranın üzvü Pərvanə Məmmədova isə bildirir ki, əgər şagirdə təmizlik işləri məcburi şərt kimi qoyularsa, bu,  uşaq hüquqlarının pozulması hesab olunur.

"Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə də əlaqə saxladıq."

Bildirildi ki, yayılan iddialar həqiqətə uyğun deyil və təhsil müəssisələrində "uşaqların məktəbi təmizləməsi" adlı cəza növü yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.