Cəmiyyət

Daha bir müəllim qızılla "ödülləndirildi" - VİDEO

12 İyun 2023 08:34
Baxış: 3 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xırdalan şəhərində yerləşən daha bir məktəbdə müəllim nüfuzuna xələl gətirən hərəkətlərə yol verilib.

Milli.Az Konkret.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yer alıb.

Görüntülərdən aydın olur ki, 9 saylı tam orta məktəbin ibtidai sinif müəlliminə "Əlifba" bayramında qızıl bilərzik hədiyyə edilib.

Videoda valideynlərdən birinin bu törəni ibtidailərin iştirakı ilə təntənəli şəkildə icra etdiyi öz əksini tapıb.

Hadisə izləyicilər tərəfindən kəskin tənqid olunub.

Qeyd edək ki, ötən gün Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə də analoji hal baş verib. Y.Ağabalayeva adlı müəllim haqqında belə davranışına görə müvafiq orqanlar tərəfindən araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.