Cəmiyyət

Bu yay bağ evlərində qiymətlər "od tutub yanacaq" - VİDEO

29 May 2023 17:36
Baxış: 1 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay mövsümü ərəfəsində bağ evlərinin kirayəsində bahalaşma müşahidə edilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əmlak eksperti Mülkədar Rüstəmovun sözlərinə görə,  ötən illə müqayisədə paytaxtın ətraf rayonlarında kirayə verilən bağ evlərinin qiymətində ciddi artım var.

Bu əsasən dəniz mənzərəli və hovuzu olan mənzillərdə daha çox hiss olunur. Evlərin mart və aprel aylarından bron edilməsi də qiymətlərə təsirsiz ötüşmür.

Ekspert qeyd edib ki, bakıdakı bağ evləri demək olar ki aylıq istərahət üçün istifadə olunur.

Bu mövsüm bölgələrdə də kirayə mənzillərin qiymətində dəyişkilik qaçılmaz olacaq.

Mülkədar Rüstəmov deyir ki, rayonlara üz tutanlara əraziyə görə fərqli qiymətlər təklif oluna bilər.

"Bahalaşma günlük evlərdə daha çox hiss olunacaq."

Ekspert əlavə edib ki, yay aylarında ölkəmizə gələn turistlərin sayının çoxluğu da qiymətlərə təsir edən amillərdən biridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.