Cəmiyyət

Azərbaycanlı milyarder yaxtasını satışa çıxardı

9 May 2023 19:44
Baxış: 2 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sanksiyalar rusiyalı oliqarxları bahalı yaxtalarını satmağa məcbur edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, rusiyalı milyarderlərə məxsus "Fraser", "Moran", "Burgess" və "Arconyachts" kimi böyük yaxta brokerləri onlarla yaxta satışa çıxarıblar.

"Yevraziya" qazma şirkətinin rəhbəri Aleksandr Çaparidzenin 89 metrlik "Here come the sun" yaxtası 195 milyon dollar satışa çıxarılıb. Azərbaycanlı milyarder, "Lukoyl"un keçmiş rəhbəri Vahid Ələkbərova məxsus 70 metrlik "Galactica Supernova" yaxtası da satışa çıxarılanlar arasındadır. Bu yaxtaya 75 milyon avro qiymət qoyulub.

Bundan başqa, "Nornikel"in keçmiş rəhbəri Vladimir Strjalovskinin 68 metrlik "İcon Ragnar" (69.5 milyon avro), "Beluga Group"un rəhbəri Valentin Zavadnikovun 55 metrlik "Admiral Quinta Essentia" (25 milyon avro) yaxtaları da satışa çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.