Cəmiyyət

Məhkəmənin vəzifəli şəxsləri “Heydər zirvəsi”nə yürüş ediblər - FOTO

8 May 2023 19:20
Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının sədri Raqib Qurbanov və Ali Məhkəmənin Məhkəmə işlərinin idarə edilməsi şöbəsinin müdir müavini Ruhin Yolçuyev "Heydər zirvəsi"nə yürüş ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, yürüş iştirakçıları ölkəmizin ən ucqar kəndlərindən biri olan Xınalıqdan hərəkətə başlayaraq, Böyük Qafqaz dağlarının Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3758,6 metr hündürlükdə yerləşən mürəkkəb relyefə malik "Heydər zirvə"sinə sərt iqlim şəraitində əzmkarlıq nümayiş etdirməklə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.

Azərbaycan Respublikası Ali Məhkəməsinin rəmzi olan bayraq ilk dəfə "Heydər zirvə"sində dalğalandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.