Cəmiyyət

Bölgələrdə mənzillərin kirayə qiymətləri kəskin artıb - VİDEO

6 May 2023 11:45
Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bölgələrdə mənzillərin kirayə qiymətləri artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qiymətlər hətta paytaxtdakından heç də fərqlənmir.

Tovuzlu rieltorlar deyir ki, artıq heç kəs evini aşağı məbləğə kirayə vermək istəmir.

"Bahalaşmanın isə növbəti aylarda da davam edəcəyi gözlənilir".

Zaqatalada da evlərin kirayə qiyməti ötən illə müqayisədə kəskin artıb.

Oxşar vəziyyət cənub bölgəsində də yaşanır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımının əsas səbəbləri həm quru sərhədlərinin bağlı olması, həm də artıq bölgələrdə də yaşayışın bahalaşmasıdır.

Ekspert bildirir ki, günlük kirayə mənzillər də ötən illərlə müqayisədə bahalaşıb və yay aylarında bu qiymətlər daha da arta bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.