Cəmiyyət

Lerikdə ağır qəza: qazi yaralandı, ölən var

4 May 2023 14:03
Baxış: 1 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerik rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 39-cu kilometrində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı Lənkəran rayonunun Kərgəlan kənd sakini, 2004-cü il təvəllüdlü Rəvan Çingiz oğlu İbadzadə dünyasını dəyişib. Onun həmkəndliləri - sürücü, 1998-ci il təvəllüdlü Zəka Əfrahim oğlu Həmidovla 1999-cu il təvəllüdlü Amin İntiqam oğlu İbadov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.