Cəmiyyət

Mərkəzi Bank gələn il inflyasiyanın 8 faizə düşəcəyini gözləyir

3 May 2023 14:48
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın baza ssenarisinin (səkkiz faizə yaxın) 2024-cü ildə əldə olunacağını gözləyir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank daxili və xarici inflyasiya risklərini nəzərə alaraq antiinflyasiya pul-kredit siyasəti yeritməyə davam edir.

"2023-cü ilin martında illik inflyasiya 13,6 faiz olub ki, bu da 2022-ci ilin sentyabrında qeydə alınmış pik həddən 2 faiz aşağıdır", - o deyib.

T.Kazımov vurğulaylb ki, inflyasiyanın və iqtisadi şokların qarşısının alınması üzrə sonrakı tədbirlər qoyulmuş məqsədə 2024-cü ildə çatmağa kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.