Cəmiyyət

Nazirlik şəhid ailəsinin bir qardaşını işə düzəltdi, digər qardaşın isə sosialını kəsdi - VİDEO

2 May 2023 04:04
Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz sakinlərindən birinin aldığı sosial yardım gözlənilmədən dayandırılıb. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, səbəb həmin şəxsin qardaşının  məşğulluq xidməti tərəfindən işlə təmin edilməsidir.

Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini Hafiz İsmayılov  aztəminatlı ailə olaraq 11 ay  Ünvanlı Dövlət Sosial  Yardım alıb. Lakin təyinatın vaxtı bitməmiş onun aprel ayı üçün vəsaiti hesabına köçməyib. Bundan əlavə vətəndaşın yenidən yardımdan faydalanmaq üçün hüquqları Dövlət Sosial Müdafiə Fondunun  online müraciət proqramı vasitəsi ilə bir il müddətinə məhdudlaşdırılıb.

Sonradan məlum olub ki, Hafizin qardaşı işə girdiyi üçün ona verilən yardıma xitam verilib.

"İsmayılovlar şəhid ailəsidir."

Onun  qardaşı  Fariz Məmmədov da şəhid övladı olaraq Məşğulluq xidməti tərəfindən rəsmi əmək müqaviləsi ilə işlə təmin edilib.Vət əndaş onu da bildirir ki, sosial yardım haqqında qanunlarda 15 iş günü ərzində özü müraciət edəcəkmiş. Lakin 12 günün tamamında  Ünvanlı Dövlət Sosial  Yardım dayandırılıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri  Rəşad Mehdili  "Xəzər Xəbər"ə  açıqlamasında bildirib ki, qanunvericiliyə görə, artıq ailəyə tətbiq olunan 1 illik məhdudiyyət araşdırılıb və aradan qaldırılıb.

Hafiz İsmayılov ailənin aylıq gəlirlərini ərizə-bəyannamədə göstərməklə ünvanlı sosial yardımla bağlı yenidən müraciət etməlidir.

Bu halda ailəyə ünvanlı sosial yardımın təyin olunub-olunmama məsələsinə yenidən baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.