Cəmiyyət

Bu kəndin sakinləri “Azəriqaz”dan gələcək xəbəri gözləyir - VİDEO

27 Aprel 2023 18:00
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlının Kamallı kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrət qalıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 1500 nəfərdən çox sakinin yaşadığı kənd hələ də qazsızdır.

"Bəs kəndin qaz problemi nə vaxt həll olunacaq?"

Sakinlər qeyd edir ki, kənddə illərdir mavi yanacağın olmaması səbəbidən əziyyət çəkirlər. Əsasən, odun sobaları işlədən sakinlər qeyd edir ki, artıq bağlarında doğrayıb yandırmağa ağac qalmayıb, odun almaq da baha olduğundan propan balonları alıb ondan istfadə etmək məcburiyyətində qalır.

Vətəndaşlar deyir ki, Kamallı kəndinə qonşu olan Naharlı kəndi qazla təmin olunsada, Kamallı kəndi qaz üzünə illərdir həsrət qalıb.

"Azəriqaz" İB -dən "Xəzər Xəbər"ə bildirilib ki, yaşayış məntəqələrinin qazlaşması mərhələli şəkildə aparılır.

O da qeyd edilib ki, Saatlı rayonunda qazlaşma səviyyəsi 83.4 faizdir. Rayonun 44 kəndindən 34 -ü artıq qazlaşıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.