Cəmiyyət

Ət əvəzinə ciyər alanlar yenə fikirləşməli olacaqlar - VİDEO

16 Aprel 2023 23:03
Baxış: 2 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mal və qoyun ətinin bahalaşmasından sonra əhalinin müəyyən bir təbəqəsi daha çox ciyər almağa üstünlük verirdi.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əvvəllər 7 manata satılan mal içalatı, ətin qiymətinin bahalaşması fonunda 10 manata satılırdı. İndi isə qiymətlər 11-12 manata qədər yüksəlib. Mal ciyəri ilə yanaşı qoyun içalatının da qiymətində fərq var.

Qəssablar hesab edir ki, bütün bunlar otun və yemin bahalaşması ilə bağlıdır.

"Amma alıcılar qəssabın fikirləri ilə razı deyillər".

Onlar heyvan ciyərinin, az qala ətin qiyməti ilə bərabər olmasını düzgün hesab etmirlər.

Kəsim məntəqələrini işlədənlər deyir ki, növbəti aylarda əgər ətin qiymətində dəyişiklik olmasa, ciyərin qiyməti də belə qalacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.