Cəmiyyət

Bağçalarda ciddi problemlər aşkarlanıb - VİDEO

14 Aprel 2023 13:46
Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağçalara kamera quraşdırılacaq, uşaqlara verilən yeməklər peşəkar müəssisə tərəfindən hazırlanacaq.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, 1700-ə yaxın bağçanın monitorinqi aparılıb, ciddi problemlər aşkarlanıb.

Araşdırma zamanı bəlli olub ki, bağçalarda yerlər tutulub, lakin uşaqlar ora gəlmir.

Elnur Əliyev bildirib ki, paytaxtla yanaşı bölgələrdə də bağça çatışmazlığı və ciddi təmirə ehtiyacı olan müəssisələr var.

Şöbə müdirinin sözlərinə görə, bəzi bağçalarda qida normalarına da düzgün əməl edilmir. Hətta bu nöqsanlara yol verən bağça müdirələri cəzalandırılıb.

Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində də iş aparılır. Bu proses 2026-cı ilə qədər icra olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.