Cəmiyyət

Ondoqquzmərtəbəli binanın 20-ci mərtəbəsi... VİDEO

12 Aprel 2023 16:00
Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda istifadədə olan yaşayış binasının damında əlavə mərtəbə tikilir.

Layihədə 19 mərtəbəlidir, amma indi 20-ci mərtəbə də tikilir.

Bu iddia ilə Bakıda çoxmərtəbəli binalardan birinin sakinləri çıxış ediblər.

''Main" MTK-nın 2012-ci ildə inşasına başladığı və 2015-ci ildə təhvil verdiyi bina Yasamal rayonunda, Bakı dairəvi yolun kənarında yerləşir.

İddialara görə, şirkət 80-dən çox ailənin yaşadığı binanın damını satıb və orada qanunsuz tikinti işləri aparılır.

Biz də binanın damına qalxmaq istədik. Qapı bağlı olsa da, pilləkənlərdə xeyli sayda qum və sement kislərinə rast gəldik.

Sakinlər tərəfindən çəkilən kadrlardan da aydın olur ki, damda söküntü işləri aparılıb və çıxan tullantılar da qalaq-qalaq yığılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı ''Main'' MTK yaşayış kompleksinə müraciət etdik. MTK-nın sədri Pərviz Hüseynov dedi ki, 42 kv/m qeyri-yaşayış sahəsi müqavilə əsasında satılıb. Bildirib ki, müqaviləyə əsasən həmin şəxs orada kiçik bir saxlanc yeri tikə bilər.

Tikini şirkətinin rəhəbri ələvə edib ki, layihəyə müdaxilə edən şəxslə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də məlumat veriblər.

Komitədən verilən məlumata görə, sözügedən MTK-ya məxsus 33-cu binanın texniki mərtəbəsində təxminən 330 kvadrat metrlik sahədə tikinti işlərinin aparılması faktı aşkar edilib. Müvafiq icazə sənədi olmadan aparıldığı üçün aidiyyatı qurumlar tərəfindən inşaatın qarşısı alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.