Cəmiyyət

İlqarla Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olub

12 Aprel 2023 10:23
Baxış: 11 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tanınmış aparıcılar - İlqar Mikayıloğlunun və həyat yoldaşı, hüquqşünas Zülfiyə Bayramovanın övladlığa götürdüyü şəxs şəhid olub.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, bu haqda hüquqşünas Zülfiyyə Bayramova özü "Elgizlə izlə" verilişinin canlı efirində bildirib.

"Mənim övladlığa götürdüyüm Əmrah da 44 günlük Vətən Müharibəsində şəhid olub. O, imkansız bir ailənin övladı idi. Kollecdə oxuyanda qalmağa yeri olmadığı üçün onu 15 yaşında evimə gətirdim. Öz övladlarımdan seçmirdim. Əsgərliyə də özüm yola saldım. Sonradan itkin düşməsi xəbəri gəldi. Bir neçə gündən sonra məlum oldu ki, Əmrah şəhid olub", - deyə hüquqşünas canlı yayımda bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.