Cəmiyyət

Avtosığorta hələ də ciddi problem olaraq qalmaqdadır - VİDEO

10 Aprel 2023 16:48
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə bəzi şirkətlər şikayət indeksinə görə çox vaxt ilk sıralarda yer alır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sığorta sahəsi üzrə ekspert Vüsal Bədəlov deyir ki, ümumiyyətlə, vətəndaşların ən çox şikayətçi olduğu sığorta növü icbari sığortadır.

Vüsal Bədəlovun sözlərinə görə, bu kimi problemlərin qarşısını almaq vətəndaşın əlindədir. Bu halda bəzi sığorta şirkətlərinin səhlənkarlığının öhdəsindən gəlmək olur.

Ekspert bildirib ki, sığorta şirkəti seçən zaman da bu kimi problemlərlə qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır. Ümumiyyətlə isə, həm seçim zamanı həm də sığorta şirkəti ilə bağlı problem yaşadıqda vətəndaşların öz sığorta agentlərinə müraciət etmələri daha doğru seçim olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.