Cəmiyyət

Cəmiyyətin hansı mahnıları dinlədiyi məlum oldu - VİDEO

8 Aprel 2023 13:07
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan mahnılarının bir neçəsində nöqsanlar aşkarlanıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, monitorinqlər zamanı bəzi mahnıların mətnində kifayət qədər norma pozuntuları qeydə alınıb. Bu fikirlər "mahılarımız monitorinq aynasında" adlı hesabat tədbirində səslənib.

Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib ki, yoxlamalarda milli-mənəvi dəyərlərə zidd davranışları təbliğ edən çoxsaylı nümunələrə də rast gəlinib.

Monitorinq mərkəzinin aparıcı mütəxəssisi Nazlı Teyyubova isə bildirib ki, nöqsanlar əsasən son 10 ildə ərsəyə gələn mahnılarda ortaya çıxıb.

Bayağı tərzdə təqdim olunan mahnıların siyahısında bir çox populyar ifaçıların da mahnıları yer alıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.