Cəmiyyət

“Atam məni atıb getdi, orucu qəbul olar?” - VİDEO

3 Aprel 2023 21:11
Baxış: 2 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli din xadimi Nihat Hatipoğlunun ölkənin ATV kanalında yayımlanan verilişində 8 yaşlı Alminanın verdiyi sual müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, balaca qız "Atam anamı və məni atıb getdi, orucu qəbul olar?", deyə  Hatipoğlundan soruşub.

Həmin sual izləyicilərin və sosial şəbəkə istifadəçilərinin müzakirəsinə yol açıb. Bir çox şəxs atanın balaca qızını atmasını qınayıb.

Hatipoğlu isə Alminanın sualına belə cavab verib:

"Atan yanlış yoldadır, sənin kimi gözəl qızı, anan kimi xanımı necə atıb gedib? Atan böyük səhv edib, Allah onu bağışlasın. İnşallah, tezliklə qayıdacaq. Heç bir atanın buna haqqı yoxdur. Sənin vəziyyətinizdə olan uşaqlar da var, həmçinin anası olmayanlar da var. Sənin isə yanında anan var".

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.