Bakının Xəzər rayonu, Türkan qəsəbəsi, Aqroprom bağlarında yaşayan sakinlər optik internetdən istifadə edə bilmir.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,qəsəbədə internet xətləri sakinlərdən xəbərsiz sökülüb.
Sakinlər iddia edir ki, bir neçə ay əvvəl internet xəttləri həyətlərdən sökülüb. Həmin xətlər 2 il əvvəl İzone adlı provayder tərəfindən quraşdırılıb. Lakin 1 ay əvvəl provayder ərazidə xidmət göstərməkdən imtina edib.
Sakinlərin şikayətini araşdırmaq üçün "Xəzər Xəbər" adı çəkilən provayderlə əlaqə saxlayıb.
Bildirildi ki, xidmətin dayandırılmasına səbəb əraziyə birbaşa optik xətlərin olmamasıdır və həyətlərdəki qurğuların sökülməsi barədə də sakinlərə öncədən məlumat verilib.
Provayderdən o da deyilib ki, sakinlərə xətlərin sökülməsi ilə bağlı heç bir kompensasiya verilməyəcək. Buna səbəb isə xətlərin 2 ildir istifadə olunmasıdır. Lakin ərazidə xidmət göstərən başqa provayder mövcuddur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az