Fəaliyyətini dayandırmış hospitalın keçmiş işçiləri əmək kitabçalarını ala bilmirlər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda bir qrup vətəndaş əmək kitabçalarını bir vaxtlar işlədikləri qurumdan ala bilmirlər.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən xanımlar iddia edirlər ki, 5 il əvvəl Kaspian Hospital fəaliyyətini dayandırıb və həmin vaxt tibb mərkəzinin əmlakı müəyyən akt əsasında Mərkəzi Gömrük Hospitalının tabeliyinə verilib.
Xanımlar iddia edirlər ki, əmək kitabçalarını bu qurumdan 5 ildir geri ala bilmirlər. Praktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmasalar da, 5 il ərzində Kaspian Hospitalın rəsmi işçisi kimi qeydiyyatda olublar.
Onlar əmək kitabçalarının olmadığını səbəb gətirərək bu müddət ərzində heç yerdə işləmədiklərini və rəsmi işçi kimi qeydiyyatda olduqları dövr üçün əməkhaqqılarını Dövlət Gömrük Komitəsindən tələb edirlər.
Mövzuya münasibət bildirən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin şöbə rəisi Rəna Hüseynova bildirdi ki, məsələ ilə əlaqədar əvvəllər də quruma müraciət edənlər olub. Həmin şəxslər məhkəməyə yönləndirilib. Lakin iki xanım məhkəməyə müraciət etməyib.
Bildirildi ki, məhkəmənin qərarı qüvvəyə mindikdən sonra həmin şəxslər əmək kitabçalarını aidiyyəti qurumdan ala biləcəklər. Lakin 5 il üçün tələb etdikləri əmək haqqı praktiki olaraq heç bir əmək faəliyyətləri olmadığı üçün verilməyəcək.
Dövlət Əmək Müfəttişliyindən isə bildirilib ki, xanımların müraciəti əsasında məsələ araşdırılıb və onlara məhkəmələrə müraciət etmələri tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Cəlilabaddakı kütləvi zəhərlənmə ilə bağlı prokurorluqdan açıqlama
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?





